050 808 1444 Geri zəng

Haqqımızda

2017-ci ildə fəaliyyətə başlayan Prime House Real Estate şirkəti yerli və xarici əmlak bazarında daşınmaz əmlak sektoru üzrə geniş spektr xidmətlər təklif edir. Şirkət, müştərilərinə əmlakın alqı-satqı, idarə olunması, kirayəsi, yaşayış və qeyri-yaşayış yerlərinin menecmenti texniki xidməti, mühasibat işlərinin aparılması, təhlükəsizliyi və sektor üzrə konsaltinq xidmətlərini təklif edir. Şirkətin Bakıda və digər ölkələrdə satış, mühəndislik, memarlıq, hüquq üzrə təcrübəli əməkdaşları və daşınmaz əmlak ekspertləri müştərilərə ən səfrəli təklifləri hazırlamaqda və xidməti göstərməkdə davam edir. Şirkət, fəaliyyətə başladığı gündən etibarən istər Azərbaycanda, istərsə də ölkə xaricində bir sıra ekonom layihələrdə mənzil və ticarət sahələrinin eksklüziv satış hüququnu əldə etməklə öz portfelini zənginləşdirir.

“Biz yerli və xarici əmlak bazarında baş verənləri yaxından təqib etməklə, müştərilərimizə seçim zamanı ən doğru qərarla qəbul etməkdə və sərfəli təkliflər hazırlamaqda dəstək oluruq.”

Fərid Məmmədov "Prime House Real Estate" şirkətinin rəhbəri

Daşınmaz Əmlak Missiyamız

Prime House Real Estate şirkəti olaraq qarşımızda duran əsas məsələlərdən biri yerli əmlak bazarında istehlakçılara geniş tərkibli xidmətlər təklif etməkdir. Yerli bir şirkət olaraq Azərbaycanda və xaricdə müştərilərimizə daşınmaz əmlak sektoru ilə bağlı dolğun məlumatlar vermək, onlara keyfiyyətli və sərfəli daşınmaz əmlak təkliflərini seçmələrinə dəstək olmaqdır. Bütün bunların fonunda bazar istehlakçılarının şirkəti istər xidmət keyfiyyətinə, istərsə də eksklüziv satış hüquqlarına görə bazarın lider şirkətinə çevirəcəyinə inanırıq.