050 808 1444 Geri zəng

İdarəetmə Xidməti

Daşınmaz əmlak bazarında tez-tez rast gəlinən boşluqlardan biri də bir çox yaşayış binaları, komplekslərin idarəetmə mexanizminin natamam və ya xidmətin keyfiyyətinin aşağı olmasıdır. Bu da komplekslərdə daxili nizam intizam qaydalarının pozulmasına, sakinlərin haqlı narazılığına və binaların istismar müddətinin tez başa çatmasına gətirib çıxarır. Bütün bu neqativ hallarla rastlaşmamaq üçün Prime House Real Estate şirkətinin idarəetmə xidməti çərçivəsində təqdim etdiyi xidmətlərdən faydalanın:

Daimi ünsiyyət qurun

Təyin etdiyimiz məsul şəxs ilə istədiyiniz zaman ünsiyyət quraraq, Sizi narahat edən kompleks daxili texniki məsələləri telefon vasitəsilə söyləyin və ya e-poçtumuza yazın.

Hesabatlarınız hazır olsun

Şirkətimizi təmsil edən maliyyə mütəxəssisləri sayəsində Sizə lazım olan aylıq hesabatları istədiyiniz formatda əldə edərək təhlillər aparın.

Rahat idarə edin

İnşası davam edən binalarda satınalma və podratçı işlərinin idarəetməsini bizə həvalə etməklə, işinizi zəmanət altına alın.

Vəsaitləriniz tam olsun

Sizə təqdim etdiyimiz idarəetmə xidməti çərçivəsində aylıq ödənişlərin gecikməsinin qarşısını alın, aylıq ödənişlərin toplanmasını optimallaşdırın.

Şikayətləri araşdırın

Sakinlər tərəfindən daxil olan şikayətlərin növünü, tezliyini və statistikasını əldə etməklə sorğuları vaxtında və doğru cavablandırın.

Xərclərinizi hesablayın

İstər hazır binalarda, istərsə də tikilməkdə olan yaşayış komplekslərində xidmət haqqı və xərclərin hesablanmasını bizim maliyyə mütəxəssislərimizə həvalə edin.

Müraciət Forması

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq