050 808 1444 Geri zəng

Xəbərlər

Azərbaycanda mindən artıq - Yeni Ev və Bina Tikiləcək.

04.12.2019

2019-cu ilin birinci yarısında Azərbaycanda mindən artıq yaşayış evinin tikintisinə icazə verilib. Qeyd edək ki, Tikinti və Şəhərsalma Məcəlləsinə əsasən, yaşayış (fərdi) evlərin tikintisi icazə ilə deyil, məlumatlandıma icraatı ilə həyata keçirilir.

Cari ilin yanvar-iyun aylarında respublikanın bütün şəhər və rayonlarında 1112 ədəd fərdi evin tkintisi ilə bağlı məlumatlandırma icraatı qeydə alınıb.

Fərdi evlərin böyük hissəsi Bakı şəhərinin payına düşür. Belə ki, 683 fərdi ev Bakıda, 429 ev isə digər şəhər və rayonlarda tikiləcək.

Bakıda ən çox fərdi ev Sabunçu rayonunda inşa edilir. Bu ilin əvvəlindən qeydə alınan evlərin 380-ə yaxını bu rayonun payına düşür. Paytaxtda fərdi ev tikintisinin intensivliyinə görə, sonrakı yerləri Xəzər və Suraxanı rayonları tutur. Xəzər rayonunda 109 fərdi ev, Suraxanıda isə 90 fərdi evin tikintisi üçün icazə alınıb.

Paytaxtdan sonra bu il fərdi evlərin tikintisi ilə bağlı ən çox icazə Sumqayıt və Qubada qeydə alınıb. Sumqayıtda təqribən 80, Qubada isə 60 fərd  evin tikintisi nəzərdə tutulub. Son vaxtlaradək bu sahədə ən aktiv rayonlardan sayılan Qəbələdə 40-a yaxın, Şəmaxıda isə 35 evin tikintisi qeydə alınıb. Sonrakı yerləri hərəyə 20 fərdi ev göstəricisi ilə Gədəbəy, Siyəzən və İsmayıllı tutur.

Gözlənildiyi kimi, fərdi evlərin böyük hissəsi - 98%-i 1-2 mərtəbəlilərdir. Bu ilin əvvəlindən tikintisinə icazə verilmiş evlərin 570-i 1 mərtəbəli, 528-i isə 2 mərtəbəlilərdir. 3 mərtəbəli fərdi evlərin sayı isə azdır – cəmi 14 ev.

Son illər fərdi ev tikintisində baş verən dəyişikliklər və müşahidə edilən trendlər özünü tikinti icazələrində də göstərir. Belə ki, bu ilin əvvəlindən indiyədək qeydə alınan hər 6 fərdi evdən biri mansarda ilə tikilir.  1 mərtəbəli evlərin tikintisində mansardadan  daha çx istifadə edilir – 128 ev və ya bütün 1 mərtəbəli evlərin 22%-i. Görünür, ev sahibləri bu üsulla evin faydalı sahəsini artırmağa çalışırlar. 2 mərtəbəli evlərdə belə problem olmadığına görə, mansardadan istifadə edənlər də azdır- ümumilikdə cəmi 53 evdə və ya bütün evlərin  10%-də mansarda nəzərdə tutulur.

İkinci maraqlı məqam – zirzəmilərdir. Tikintisinə icazə verilmiş hər 10 fərdi evdən 1-də zirzəmi nəzərdə tutulur – ümumilikdə 110 ev.

Tikintilərin Dövlət Reyestrinin məlumatlarına görə, 2019-cu ilin əvvəlindən indiyədək Bakı şəhərində 31 yaşayış kompleksinin tikintisinə icazə verilib. Bu icazə çərçivəsində paytaxtda ümumilikdə 52 çoxmənzilli yaşayış binası inşa ediləcək.

İcazələrin 7-si Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA), 12-si isə pilot layihələrə verilib. MİDA-nın xətti ilə bu icazələr çərçivəsində 20 binanın inşası nəzərdə tutulur.

Pilota layihələr əsasən paytaxtın Nəsimi və Nərimanov rayonlarındadır. Bu rayonların hər birində 5 yaşayış binasının inşası gözlənilir. Bundan başqa, Səbail və Sabunçuda pilot layihələr çəçivəsində hərəyə bir bina inşa ediləcək.

Bakının ayrı-ayrı rayonlarda tikintinin intensivliyinə gəlincə, Nəsimi və Nərimanov rayonlarının hər birində 7 bina tikiləcək. Binaqədidə 5, Yasamalda isə 4 yaşayış binasının tikintisi üçün icazə alınıb.

Mənbə: www.fed.az